BMT Yaxın Şərqdə atəşkəs üçün danışıqları dəstəklədiyini bildirib
"BMT dərhal atəşkəsə və girovların qeyd-şərtsiz azad edilməsinə səbəb olarsa, istənilən danışıqları dəstəkləyir".
"Operativ Media" xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovun HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk ilə görüşünü şərh edərkən deyib.
"Biz dərhal atəşkəsə gətirib çıxaracaq danışıqların tərəfdarıyıq ki, bu da girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə gətirib çıxaracaq. Biz bu danışıqlarda iştirak etmirik, lakin bilirik ki, dünyanın müxtəlif yerlərində danışıqlar davam edir", - o deyib.