İsrailin zərbələri nəticəsində ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin ümumi sayı 24 927-yə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzada əməliyyatları nəticəsində 165 nəfər ölüb, azı 280 nəfər yaralanıb ki, bununla da ümumi yaralıların sayı 62 388-ə yüksəlib.