İraqdakı ABŞ hərbi bazalarına raketlərlə hücum edilib
Nərmin Qocamanlı
İraqın qərbindəki ABŞ Hərbi Hava Bazası raket hücumuna məruz qalıb.
"Operativ Media" turkiyegazetesi.com-a istinadən xəbər verir ki,
İraqın ABŞ-a məxsus Ayn Əl Əsəd hava bazasına raket hücumu edilib.
Məlumata görə, İaqda İran tərəfdarı olan şiə milislərin də daxil olduğu “İraq İslami Müqaviməti” adlı qrup “Qəzzada hücumlara cavab olaraq” ABŞ və koalisiya qüvvələrinin yerləşdiyi bazalara tez-tez hücum edir.
Bu çərçivədə Ənbardakı Ayn əl-Əsəd Hərbi Bazası, Ərbildəki Harir Hərbi Hava Bazası, Bağdaddakı Zəfər Hərbi Bazası və Ərbil Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ bazası bomba yüklü PUA-larla dəfələrlə hədəfə alınıb.