Menyu

ABŞ Konqresinin üzvləri Benyamin Netanyahuya inamını itirməyə başlayıblar

Nərmin Qocamanlı
ABŞ Konqresinin üzvləri Benyamin Netanyahuya inamını itirməyə başlayıblar

ABŞ Konqresinin üzvləri İsrailin baş naziri Benyamin Netanyahuya və onun Qəzzadakı hərbi əməliyyatı idarə etməsinə inamını itirməyə başlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, Netanyahunun siyasətindən məyusluq hətta həm Respublikaçı, həm də Demokratik partiyaların konqressindəki israilyönlü üzvləri arasında da artır. Bəziləri hesab edir ki, İsrailin baş naziri hakimiyyətdə daha uzun müddət qalmaq üçün Qəzza zolağında münaqişəni qəsdən uzadır.

Kanal respublikaçı konqresmendən sitat gətirib: 

"Benyamini müdafiə etmək və ya onun siyasi strategiyasına haqq qazandırmaq, həqiqətən, çətindir. Hizbullah və ya Qəzza olsun, onun münaqişədə iştirakını davam etdirməsi siyasi baxımdan sərfəlidir. İstənilən növ atəşkəs və ya sülh sazişi, bərpa etmək səyləri onun üçün siyasi cəhətdən fəlakətlidir və o, bu amilləri nəzərə alır”.

Teqlər:

"AB\u015e Konqresinin \u00fczvl\u0259ri Benyamin Netanyahuya inam\u0131n\u0131 itirm\u0259y\u0259 ba\u015flay\u0131blar"

Əlaqəli Xəbərlər