Ana səhifə / Dünya / ABŞ nümayəndələri ilk dəfə Kiyevə göndərilən silahları yoxlayıblar ABŞ nümayəndələri ilk dəfə Kiyevə göndərilən silahları yoxlayıblar 20.01.2024, 22:16 Nərmin Qocamanlı ABŞ nümayəndələri Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri ilə birlikdə ilk dəfə Vaşinqton tərəfindən Kiyevə verilən silahlara baxış keçiriblər. "Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Ukrayna və ABŞ nümayəndələri amerikalı tərəfdaşların tədarük etdiyi silahların ilk birgə yoxlanışını həyata keçiriblər”, - deyə məlumatda bildirilib. Silahların texniki vəziyyəti, seriya nömrələri və saxlama şəraitinin yoxlanıldığı açıqlanıb. Teqlər: "AB\u015e n\u00fcmay\u0259nd\u0259l\u0259ri ilk d\u0259f\u0259 Kiyev\u0259 g\u00f6nd\u0259ril\u0259n silahlar\u0131 yoxlay\u0131blar"