"HƏMAS hərəkatı İsrailli məhbusları saxlamaq istəmir və yeni məhbus mübadiləsi sazişi axtarır".
"Operativ Media" xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk deyib.
Onun sözlərinə görə, sonda İsrail razılaşmalı olacaq, çünki 100 gündən artıq davam edən müharibədə heç bir əsiri zorla geri ala bilməyib.
Yəməndəki husilərdən danışan Mərzuk HƏMAS-ın husilərin Fələstin xalqına verdiyi dəstəyi və Qəzzada müharibəni bitirmək üçün göstərdikləri bütün səyləri təqdir etdiyini ifadə edib:
“Biz bütün qüvvələri cəsarətli və prinsipial mövqe tutmağa çağırırıq. Bu soyqırıma son verin”.