"Polşa və Baltikyanı ölkələr Belarus hökümətini devirmək istəyir"
Nərmin Qocamanlı
"Belarus xüsusi xidmət orqanları respublikada dövlət çevrilişinə hazırlaşan qonşu dövlətlərin döyüş hücrələrinin tərkibi barədə məlumatlara malikdir".
"Operativ Media" xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.
O vurğulayıb ki, Polşa və Baltikyanı ölkələrin hakimiyyət orqanları hazırkı hökuməti devirmək üçün onları Belarus ərazisinə göndərmək məqsədi ilə döyüş hücrələrinin yaradılmasını təşviq edir:
"ABŞ-ın bu dağıdıcı hərbi siyasətinin liderləri bizim qonşularımızdır; Polşa, Baltikyanı ölkələr və Ukrayna liderləri", - deyə Volfoviç bildirib.
Onun sözlərinə görə, təxribat və kəşfiyyat qrupları Rusiya və Belarus ərazisindən qaçan cinayətkarlar arasından hazırlanır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net