Menyu

Ukrayna: Rusiya nüvə silahından imtina etməlidir

Ukrayna: Rusiya nüvə silahından imtina etməlidir

"Rusiya nüvə silahından imtina etməlidir. İstənilən münaqişə danışıqlar masası arxasında bitir və bu, Ukraynada baş verənlərə də aiddir".

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini İvan Qavrilyuk bildirib.

"Bütün müharibələr danışıqlar masası arxasında müəyyən sənədlərin imzalanması ilə başa çatır. Düşünürəm ki, bizim vəziyyətimizdə də eyni şey olacaq", - Qavrilyuk "Tagesspiegel" qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, saziş bir tərəfdən Ukraynanı dəstəkləyən dövlətlərin koalisiyası, digər tərəfdən isə Rusiya tərəfindən imzalanacaq: "Və bu sənəddə Rusiyanın nüvə silahından imtinası ilə bağlı bənd olmalıdır, çünki bu dövlət sülhə təhlükə yaradır".

Eyni zamanda, Qavrilyukun fikrincə, Ukrayna 1991-ci il sərhədlərini bərpa etməli, Rusiyaya qarşı "profilaktik mexanizmlər" tətbiq edilməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər