Menyu

Rusiya Əfqanıstanda təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açıb

Rusiya Əfqanıstanda təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açıb

Rusiya İstintaq Komitəsi Əfqanıstanda Rusiya vətəndaşlarını daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin hesabatında qeyd edilib.

Bildirilib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

"Rosaviasiya"nın məlumatına görə, təyyarə Qaya (Hindistan) – Daşkənd (Özbəkistan) – Jukovski (Rusiya) marşrutu üzrə sanitar çarter reysi həyata keçirirmiş: "İlkin məlumata görə, təyyarədə Rusiya vətəndaşları da daxil olmaqla 6 nəfər olub".

Qeyd olunur ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Rusiya Federasiyası Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edərək işin bütün hallarının aydınlaşdırılmasına yönəlmiş kompleks istintaq-əməliyyat tədbirləri təşkil edəcək.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər