Menyu

Litva Ukraynaya əlavə zirehli texnika və sursat yardımı göndərib

Litva Ukraynaya əlavə zirehli texnika və sursat yardımı göndərib

Litva əlavə olaraq Ukraynaya zirehli texnika, döyüş sursatları və pilotsuz uçuş aparatları təhvil verəcək.

"Operativ Media" xəbər verir ki, bunu Baltik Respublikasının prezidenti Qitanas Nauseda Vilnüsdə səfərdə olan polşalı həmkarı Anjey Duda ilə birgə mətbuat konfransında deyib.

"İki il davam edən müharibədə biz Ukraynanı intensiv surətdə silahla təmin etmişik və anbarlarımızdakı ehtiyatlar xeyli azalıb. Buna baxmayaraq, biz əlavə olaraq Ukraynaya pilotsuz uçuş aparatları ilə mübarizə üçün zirehli texnika, sursat və texnika göndərəcəyik", - Nauseda qeyd edib.

O əlavə edib ki, Litva ölkənin ümumi daxili məhsulu (ÜDM) baxımından Kiyevə yardım göstərən ölkələr arasında liderlərdən biridir: "Göstərdiyimiz yardım ÜDM-in 1,45%-ni təşkil edir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər