Menyu

İndoneziya Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyib

İndoneziya Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyib

İndoneziya Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlüyünü dəstəklədiyini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Antara News" məlumat yayıb.

Məlumatına görə, İndoneziya xarici işlər nazirinin müavini Pahala Nuqraha Mansuri Uqandanın paytaxtı Kampalada keçirilən Qoşulmama Hərəkatına (QHH) üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə toplantısında çıxış edib.

Mansuri İndoneziyanın BMT-də qeyri-üzv müşahidəçi dövlət statusuna malik Fələstinə tamhüquqlu üzvlük verilməsini dəstəklədiyini ifadə edərək, BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzv olan Qoşulmama Hərəkatına üzv dövlətləri Fələstinin təşkilata (BMT-yə) tamhüquqlu üzv olması üçün mübarizəyə çağırıb.

Kampalada Fələstin və Cənubi Afrika Respublikasının xarici işlər nazirləri ilə də görüşən Mansuri İndoneziyanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı açılan iddiaya dəstəyini bir daha vurğulayıb.

Teqlər:

"\u0130ndoneziya F\u0259l\u0259stinin BMT-y\u0259 tamh\u00fcquqlu \u00fczvl\u00fcy\u00fcn\u00fc d\u0259st\u0259kl\u0259yib"

Əlaqəli Xəbərlər