Ana səhifə / Dünya / Rusiya Donetskdə zərbədən sonra BMT TŞ-nin iclasını tələb edib Rusiya Donetskdə zərbədən sonra BMT TŞ-nin iclasını tələb edib 21.01.2024, 18:04 "Rusiya yanvarın 22-də Ukraynaya Qərb silahlarının verilməsi məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını təklif edib". "Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəliyinin bəyanatında deyilir . Sessiyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iştirak edəcəyi vurğulanıb. "Bundan əlavə, yanvarın 23-də Lavrov Yaxın Şərqdəki vəziyyət və Fələstin məsələsi ilə bağlı açıq debatda çıxış etməlidir", - məlumatda qeyd edilib. Xatırladaq ki, bu gün Ukrayna silahlı qüvvələri Donetsk bazarına hücum edib. Son məlumatlara görə, qurbanların sayı 25-ə çatıb. Teqlər: "Rusiya Donetskd\u0259 z\u0259rb\u0259d\u0259n sonra BMT T\u015e-nin iclas\u0131n\u0131 t\u0259l\u0259b edib"