Filippin lideri “Coldplay” konsertinə helikopterlə qatıldı
Filippin prezidenti kiçik Ferdinand Markos Britaniyanın “Coldplay” rok qrupunun Manila şəhərində keçirilən konsertinə helikopterlə gedib.
“Operativ Media” “The Straits Times”a istinadən xəbər verir ki, prezidentin bu addımı sosial mediada tənqid hədəfinə çevrilib.
Prezidentin təhlükəsizlik şöbəsinin rəhbəri Nelson Morales ölkə rəhbərinin bu addımını belə əsaslandırıb: “Ağır və tıxaclı nəqliyyat cənab prezidentin təhlükəsizliyi üçün problem yarada bilər. Bütün bu təhlükəszilik tədbirlərini nəzərə alaraq cənab prezident helikopterdən istifadə etməklə konsertə qatıldı”.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net