Rusiya ordusu daha bir məntəqəni nəzarətə götürdü
Rusiya hərbi qüvvələri Xarkov vilayətinin Krohmalne qəsəbəsini nəzarətə götürüb.
“Operativ Media” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna ordusuna məxsus 43 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyi bildirilən bəyanatda bunlar qeyd edilib: “Hərbi əməliyyat başlayandan indiyədək Ukrayna ordusunun 567 təyyarə, 265 helikopter, 10 min 957 PUA, 450 hava hücumundan müdafiə raket sistemi, 14 min 708 tank və zirehli texnika, 1203 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 7 min 799 haubitsa və minaatan, 698 xüsusi hərbi maşını məhv edilib".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net