Yanvarın 23-də Yer kürəsini maqnit qasırğasının bürüyəcəyi proqnozlaşdırılır.
“Operativ Media” xəbər verir ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının alimlərinin proqnozuna görə, maqnit qasırğasının G1 səviyyəsində olacağı və təqribən 3 saat davam edəcəyi gözlənilir.
Mütəxəssislər belə günlərdə meteohəssas insanlara alkoqol və duz qəbulunu məhdudlaşdırmağı, stress və əsəb gərginliyindən uzaq durmağı, daha çox su içməyi tövsiyə edir. Kifayət qədər yuxu almaq və bədəni çox yükləməməyin səhhətiniz üçün daha yaxşı olduğunu bildirən mütəxəssislər qeyd edirlər ki, belə günlərdə yağlı yeməklərdən imtina etməli və gündə bir neçə porsiya tərəvəz və meyvə yeməlisiniz.
Sadiq Cavadov
Teqlər:
"Bu tarixd\u0259 Yeri maqnit qas\u0131r\u011fas\u0131 b\u00fcr\u00fcy\u0259c\u0259k"