Menyu

Parisdə minlərlə insan aksiya keçirir

Parisdə minlərlə insan aksiya keçirir

Fransanın paytaxtı Parisdə Eyfel qülləsinin yaxınlığında minlərlə insan miqrasiya qaydalarını sərtləşdirən yeni qanunlara etiraz etmək üçün küçələrə axışıb.

“Operativ Media" TASS-a istinadən xəbər verir ki, aksiya ölkənin Konstitusiya Şurasının qərarının elan edilməsinə dörd gün qalmış həyata keçirilir.

Fransanın daxili işlər naziri Jerald Darmanenin hazırladığı normativ akta qarşı keçirilən mitinqdə həmkarlar ittifaqı və tələbə təşkilatlarının, eləcə də siyasi partiyaların nümayəndələri iştirak edirlər. Həmçinin nümayişlərə Fransa Kommunist Partiyası, İtaətsiz Fransa Partiyası və solçu Fəhlə Mübarizə hərəkatının üzvləri qatılıblar.

Eyfel qülləsinə baxan Trokadero meydanına toplaşan etirazçılar “Darmanen qanununu ləğv edin” və “Fransız və ya miqrant – hamımız fəhlə sinfiyik” şüarları səsləndiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər