Menyu

Türkiyədə güclü fırtına məscidin minarəsini aşırdı

Türkiyədə güclü fırtına məscidin minarəsini aşırdı
1 dəq oxu

Türkiyənin İzmir şəhərinin Dikili rayonunda şiddətli fırtına nəticəsində Rəhmi Tokat məscidinin minarəsi uçub.

“Operativ Media” Türkiyə mətbuatına istinadən xəbər verir ki, fırtına səbəbindən uçan minarə yola düşüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Əlaqəli Xəbərlər