Menyu

Nigeriyada avtobus qəzasında 16 nəfər həyatını itirib

Nərmin Qocamanlı
Nigeriyada avtobus qəzasında 16 nəfər həyatını itirib

Nigeriyanın Kaduna əyalətində baş verən avtobus qəzası nəticəsində 16 nəfərin həyatını itirdiyi bildirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nigeriya Milli Yol Təhlükəsizliyi Kaduna əyalətinin direktoru Kabir Nadabo açıqlama verib.

O qeyd edib ki, sərnişin avtobusu Kaduna-Kano şossesində xəndəyə düşüb. Qəza nəticəsində 16 nəfər ölüb, 4 nəfər yaralanıb.

Müalicə altında olan yaralılardan bəzilərinin sağlamlıq vəziyyətinin ağır olduğunu bildirən Nadabo ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Teqlər:

"Nigeriyada avtobus q\u0259zas\u0131nda 16 n\u0259f\u0259r h\u0259yat\u0131n\u0131 itirib"

Əlaqəli Xəbərlər