Menyu

Aİ Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edib

Aİ Əsəd rejiminə qarşı yeni sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Suriyada Bəşər Əsəd rejimi ilə əlaqəsi olduğu təsbit edilən 6 şəxs və 5 təşkilata qarşı yeni sanksiya tətbiq etmək qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ Şurası açıqlama yayıb.

Açıqlamaya görə, Əsədin iqtisadi müşaviri, rejimə dəstək verən 3 iş adamı və Əsəd ailəsinə bağlı 2 nəfər sanksiya siyahısına salınıb.

Al-Dj Group, Cham Wings, Freebird Travel Agency, Iloma Investment Private JSC və Al-Aqila-nın muzdlu əsgərlər, silah daşınmaları kimi cinayətlərdə iştirak edərək Əsəd rejiminə dəstək verdiyi aşkarlanan 5 təşkilat arasında olduğu bildirilib. Onlar həmçinin ticarət, narkotik ticarəti və ya çirkli pulların yuyulmasında təqsirləndirilib.

Qeyd edək ki, Aİ-nin sanksiya siyahısında Suriyadakı Əsəd rejimi ilə əlaqəli təxminən 300 nəfər və 80-dən çox təşkilat var.

Teqlər:

"A\u0130 \u018fs\u0259d rejimin\u0259 qar\u015f\u0131 yeni sanksiyalar t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər