Menyu

Çin: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar bərpa olunmalıdır

Çin: Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar bərpa olunmalıdır
1 dəq oxu

"Çin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqları mümkün qədər tez bərpa etməyə çağırır". 

"Operativ Media" xəbər verir ki, bunu Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Çjan Jun deyib.

Qərbin Ukraynaya silah tədarükü ilə bağlı Rusiya tərəfindən çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında çinli nazir bildirib: "Danışıqlar mümkün qədər tez bərpa edilməlidir. Döyüş meydanına daim silah göndərməklə sülhə nail olmaq olmaz".

Çjan Jun həmçinin qeyd edib: "Beynəlxalq ictimaiyyət və BMT dinc dialoqun bərpası üçün müvafiq şərait yaratmalıdır. Diplomatik səylərdən heç bir halda imtina etmək olmaz".

Əlaqəli Xəbərlər