İsrail HHQ Livanın cənubuna səkkiz hava hücumu həyata keçirib
"İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Livanın cənubunda Hizbullah partiyasının silahlı birləşmələrinin atəş xətlərinə hücum edərək, onlara raket zərbələri endirib".
"Operativ Media" xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
Məlumata görə, nəticədə iki Hizbullah döyüşçü öldürülüb, yaralananlar var, onların sayı dəqiqləşdirilir. Mərkəbə kəndində 5 yaşayış binası dağılıb.
Qeyd edilib ki, İsrail təyyarələri bir gündə səkkiz hava hücumu həyata keçirib və sərhəd bölgələri üzərində alçaq hündürlükdə uçuşlarını davam etdirir.
Teqlər:
"\u0130srail HHQ Livan\u0131n c\u0259nubuna s\u0259kkiz hava h\u00fccumu h\u0259yata ke\u00e7irib"