Menyu

Borell: Biz Ukraynanın qalib gəlməsi üçün hər şeyi etməliyik

Borell: Biz Ukraynanın qalib gəlməsi üçün hər şeyi etməliyik

"Rusiya ilə münaqişə zamanı Avropa İttifaqı (Aİ) və onun üzvləri Kiyevi 30 milyard avro dəyərində sursat və silahla təmin edib, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 40 minə yaxın əsgərinə təlim keçib". 

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Xosep Borell "El Pais" qəzetində dərc olunan məqaləsində bildirib.

Bununla belə, siyasətçinin fikrincə, Avropa İttifaqı Ukraynanı lazımi silahlarla təmin etməkdə çox ləng davranır.

Borell məqalədə bildirir ki, Avropa İttifaqının paradiqma dəyişikliyinə ehtiyacı var. Borrell yazır: "Biz lazım olduğu qədər Ukraynanı dəstəkləmək, onun qalib gəlməsinə kömək etmək üçün lazım olan hər şeyi etmək öhdəliyimizə keçməliyik".

Ukraynanın əks-hücumunun istənilən nəticəni vermədiyini nəzərə alaraq, barışıq çağırışlarını şərh edən Borrell yazıb ki, Aİ barışıq təklif etmək əvəzinə səylərini ikiqat artırmalıdır.

Bununla bağlı Aİ diplomatiyasının rəhbəri Avropanın istehsal gücünün əhəmiyyətli dərəcədə artırılmasının tərəfdarı olduğunu bildirib.

Teqlər:

"Borell: Biz Ukraynan\u0131n qalib g\u0259lm\u0259si \u00fc\u00e7\u00fcn h\u0259r \u015feyi etm\u0259liyik"

Əlaqəli Xəbərlər