Quterreş Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək
BMT-nin baş katibi Antonio Quterreş çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
"Baş katib Nyu-Yorka qayıdıb. O, bir neçə saat əvvəl yerə enib və sabah Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının aylıq iclasında çıxış edəcək", - Düjarrik bildirib.
Bundan əvvəl Quterreş Qoşulmama Hərəkatının sammitində, eləcə də Qrup 77 plus Çin sammitində iştirak etmək üçün Uqandanın paytaxtı Kampalaya səfər etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net