Bayden və Sunak Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə ediblər
ABŞ prezidenti Co Bayden Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı aparıb. Tərəflər Qırmızı dəniz, Qəzza zolağı və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, Bayden və Sunakın Qırmızı dənizdəki hadisələri və Husilərin planlarını pozmaq üçün beynəlxalq səyləri davam etdirməyin zəruriliyini müzakirə etdiklərini söyləyib: "Onlar həmçinin Qəzza zolağında baş verənləri müzakirə edərək, mülki əhali arasında itkilərin azaldılmasının və Qəzzaya humanitar yardım axınının artırılmasının vacibliyini vurğuladılar".
O qeyd edib ki, ABŞ prezidenti ilə Böyük Britaniyanın baş naziri Ukraynadakı vəziyyəti və Kiyevə dəstək üçün əlavə maliyyənin ayrılması perspektivlərini də müzakirə ediblər.