Menyu

ABŞ-də iki gün ərzində 8 nəfər güllələnib

Əziz Əzizli
ABŞ-də iki gün ərzində 8 nəfər güllələnib

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhəri ətrafında iki gün ərzində üç yerdə baş verən atışma nəticəsində azı səkkiz nəfər həlak olub.

"Operativ Media" xəbər verir ki, bu barədə “Associated Press” agentliyi səlahiyyətlilərə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bütün qətllərin bir nəfər tərəfindən törədildiyi ehtimal olunur.

“Bazar günündən bu günədək bir nəfər Çikaqonun ətrafındakı qəsəbədə üç yerdə səkkiz nəfəri güllələyərək öldürüb və hələ də azadlıqdadır”, - agentlik bildirib.

Coliet şəhərinin polis rəisi Uilyam Evans bildirib ki, FTB-nin işçi qrupu şübhəlinin axtarışında yerli polisə kömək edir.

Səlahiyyətlilərin jurnalistlərə verdiyi məlumata görə, öldürülənlər bazar günü və bazar ertəsi üç fərqli yerdə aşkarlanıb

Teqlər:

"AB\u015e-d\u0259 iki g\u00fcn \u0259rzind\u0259 8 n\u0259f\u0259r g\u00fcll\u0259l\u0259nib"

Əlaqəli Xəbərlər