BMT: Qəzzada 570 min insan fəlakətli aclıqla üzləşib
Nərmin Qocamanlı
"Qəzzada təxminən 570,000 insan fəlakətli aclıqla üzləşib, humanitar səylər giriş və kommunikasiya problemləri ilə üzləşib".
"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) "X"də bildirib.
"Qəzzada 570 000 insan fəlakətli aclıqla üzləşib. Gərgin döyüşlər, girişin qadağan edilməsi və məhdudiyyətlər və kommunikasiyaların kəsilməsi UNRWA-nın effektiv və təhlükəsiz yardım göstərmək qabiliyyətinə mane olur", - nəşr bildirib.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş bildirmişdi ki, anklav güclü bombardman altında olduğu bir vaxtda təşkilat Qəzza zolağına effektiv humanitar yardım çatdıra bilməz.
Teqlər:
"BMT: Q\u0259zzada 570 min insan f\u0259lak\u0259tli acl\u0131qla \u00fczl\u0259\u015fib"