Menyu

Türkiyə MİT rəhbəri İraq prezidenti ilə görüşüb

Nərmin Qocamanlı
Türkiyə MİT rəhbəri İraq prezidenti ilə görüşüb

Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri İbrahim Kalın İraqa səfəri çərçivəsində İraq prezidenti Əbdüllatif Rəşid ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Görüşdə terrorla mübarizə, PKK terror təşkilatı təhlükəsi və PKK ilə mübarizədə atıla biləcək ortaq addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq, DEAŞ-la mübarizədə əməkdaşlığın davam etdirilməsi, inkişaf yolu layihəsi kimi mövzular müzakirə edilib. Həmçinin, Qəzzadakı son vəziyyət və bunun İraq və bölgədəki digər ölkələrə təsiri müzakirə edilib.

Bundan başqa, İ.Kalın İraqın Baş naziri Məhəmməd Şiyə Es-Sudani, şiə və sünni qrupların nümayəndələri və türkmənlərlə də görüş keçirib.

Teqlər:

"T\u00fcrkiy\u0259 M\u0130T r\u0259hb\u0259ri \u0130raq prezidenti il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər