Menyu

Hollandiya NATO təlimlərində iştirak etmək üçün 5 min əsgər və 2 gəmi göndərəcək

Hollandiya NATO təlimlərində iştirak etmək üçün 5 min əsgər və 2 gəmi göndərəcək

Hollandiya NATO-nun son onilliklərin ən böyük təlimi olan "Steadfast Defender 2024" təlimində iştirak etmək üçün 5 mindən çox əsgər və 2 gəmi göndərmək niyyətindədir. 

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"NATO Soyuq Müharibə başa çatdıqdan sonra ən böyük hərbi təlimlər keçirir. Təlimlərdə 90 minə yaxın əsgər iştirak edir. Hollandiya da 5 mindən çox əsgər və 2 döyüş gəmisi ilə təlimlərdə iştirak edir", - departament qeyd edib. 

Müdafiə Nazirliyindən bildirilib ki, təlimlər zamanı qoşunların döyüşə hazır vəziyyətə gətirilməsi, təlim-məşq toplanışı və bölmələrin münaqişə zonasına çıxarılması məşq ediləcək.

Qeyd edək ki, NATO-nun "Steadfast Defender 2024" təlimi 2024-cü ilin fevral-may aylarında Avropada keçiriləcək. Təlimlərdə 31 ittifaq ölkəsi və İsveç iştirak edəcək.
 

Teqlər:

"Hollandiya NATO t\u0259liml\u0259rind\u0259 i\u015ftirak etm\u0259k \u00fc\u00e7\u00fcn 5 min \u0259sg\u0259r v\u0259 2 g\u0259mi g\u00f6nd\u0259r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər