Menyu

Litva üç Belarus sərhədçisinin ölkə ərazisinə daxil olduğunu bildirib

Litva üç Belarus sərhədçisinin ölkə ərazisinə daxil olduğunu bildirib

"Üç silahlı belarus sərhədçisi İqnalina bölgəsində Litva ərazisinə daxil olub". 

"Operativ Media" xəbər verir ki, bu açıqlama ilə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Xidmətinin rəisi, general Rustamas Lyubaevas çıxış edib.

"Biz pozuntu qeydə aldıq və vəziyyətə tam nəzarət etdik. Dərhal hadisə yerinə əlavə dəstələr göndərildi. Hadisə mənfi yöndə inkişaf etməyib, çünki yeni dəstələr gələnə qədər belaruslar öz ərazilərinə qayıdıblar", - o, jurnalistlərə bildirib.

Litva sərhəd xidmətinin məlumatına görə, insident bazar ertəsi baş verib. Xidmət iddia edib ki, üç silahlı belarus sərhədçisi Litva ərazisinə iki metr yarım məsafədə daxil olub və sərhəd xətti ilə Litvanın qanunsuz miqrasiya ilə mübarizə üçün tikdiyi zəncirbənd və tikanlı məftillərdən ibarət fiziki hasar arasında hərəkət etməyə başlayıb.

"Bu, düşünülmüş hərəkət idi. Belarus sərhədçiləri sərhəd xəttinin harada olduğunu yaxşı bilirlər. Sərhəd nişanlarını və sərhəd xəttindən bir qədər kənarda yerləşən hasarı görməyə bilməzdilər", - Lyubayevas bildirib.
 

Teqlər:

"Litva \u00fc\u00e7 Belarus s\u0259rh\u0259d\u00e7isinin \u00f6lk\u0259 \u0259razisin\u0259 daxil oldu\u011funu bildirib"

Əlaqəli Xəbərlər