ABŞ-nin Afrika Komandanlığı Somalidə Əl-Şəbab qruplaşmasına zərbələr endirib
"Somali Federal Hökumətinin tələbi ilə ABŞ-nin Afrika Komandanlığı (AFRICOM) yanvarın 21-də "Əş-Şəbab" terror qruplaşmasına qarşı genişmiqyaslı hava hücumu həyata keçirib".
"Operativ Media" xəbər verir ki, bu barədə komandanlığın saytında məlumat verilib.
Qeyd edilib ki, zərbə Somalinin ucqar bölgəsində, Kismayo kəndindən təxminən 35 km şimal-şərqdə həyata keçirilib. İlkin hesablamalara görə, hava zərbəsi nəticəsində 3 "Əş-Şəbab" terrorçusu məhv edilib. Komandanlıq əlavə edib ki, mülki əhaliyə zərər dəyməyib.
AFRICOM bu hava hücumunun nəticələrini qiymətləndirməyə davam edəcək.
Qeyd edək ki, "Əl-Şəbab" 2004-cü ildə Somalidə yaradılıb. Təşkilat ölkənin mərkəzi və cənub bölgələrində fəaliyyət göstərən 10 min yaraqlıdan ibarətdir.
Teqlər:
"AB\u015e-nin Afrika Komandanl\u0131\u011f\u0131 Somalid\u0259 \u018fl-\u015e\u0259bab qrupla\u015fmas\u0131na z\u0259rb\u0259l\u0259r endirib"