Menyu

Ağ Ev: Qəzzanın gələcəyində HƏMAS üçün yer yoxdur

Ağ Ev: Qəzzanın gələcəyində HƏMAS üçün yer yoxdur

"Amerika administrasiyası əmindir ki, HƏMAS hərəkatının rəhbərliyinə Fələstin-İsrail münaqişəsi başa çatdıqdan sonra Qəzza zolağının gələcəyində və anklavın idarə olunmasında yer yoxdur". 

"Operativ Media" xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

"Biz artıq HƏMAS-ı Qəzzada hakimiyyətdə görmək istəmirik. Onlar yaradılmış atəşkəsi pozmağa qərar veriblər. Və biz İsrailli tərəfdaşlarımızla qəti şəkildə razıyıq ki, münaqişədən sonra Qəzzanın gələcəyi nə olursa olsun, HƏMAS liderlərinə burada yer yoxdur", - Kirbi qeyd edib.

O, ABŞ-ın münaqişə bitdikdən sonra yenilənmiş Fələstin Milli Administrasiyasının rəhbərlik etdiyi Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyini bir daha səsləndirib: "Hər şey bitdikdən sonra Qəzza zolağının idarəçiliyinin necə görünəcəyi ilə bağlı bəzi müəyyənliklər var. Bu, HƏMAS-ın təmsil etmədiyi Fələstin xalqının istəklərini əks etdirməlidir".

Teqlər:

"A\u011f Ev: Q\u0259zzan\u0131n g\u0259l\u0259c\u0259yind\u0259 H\u018fMAS \u00fc\u00e7\u00fcn yer yoxdur"

Əlaqəli Xəbərlər