İsrail və HƏMAS 1 aylıq atəşkəs haqqında razılığa gəlib
Əziz Əzizli
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs çərçivəsində bir ay ərzində əsir və məhbusların mübadiləsinə dair prinsipial razılıq əldə edilib, lakin Fələstin tərəfi növbəti danışıqlara mane olur.
"Operativ Media"nın məlumatına görə, bu barədə “Reuters” üç mənbəyə istinadən xəbər verib.
Adı açıqlanmayan rəsmi şəxsin sözlərinə görə, dekabrın 28-də ABŞ, Qətər və Misirin himayəsi ilə başlayan danışıqlarının son raundundan sonra atəşkəsin təxminən 30 gün müddət davam etməsi barədə razılıq əldə edilib.
Belə ki, İsrail və HƏMAs prinsipcə razılaşıblar ki, israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi bir aylıq atəşkəs çərçivəsində baş tuta bilər.
Qeyd olunub ki, HƏMAS daimi atəşkəs şərtləri razılaşdırılana qədər danışıqları davam etdirməkdən imtina edir