Macarıstan Ukraynadan kənd məhsullarının idxalına qadağa qoyub
Əziz Əzizli
Macarıstan Avropa İttifaqı səviyyəsində müvafiq qərar qəbul olunana qədər Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.
"Operativ Media"nın məlumatına görə, bunu Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad deyib.
O, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə vəziyyəti müzakirə etdiyini və Macarıstan və Ukrayna arasında ikitərəfli sazişin bağlanmasına razılaşdığını bildirib. Nad qeyd edib ki, Ukrayna taxılına sərhədlərin bağlanması məhkəmə çəkişmələrinə səbəb ola bilər, lakin macar fermerlərinin maraqları birinci yerdədir