Menyu

Belçika: Macarıstan Ukraynaya yardımı bloklayarsa, "B planı"mız yoxdur

Belçika: Macarıstan Ukraynaya yardımı bloklayarsa, "B planı"mız yoxdur

Fevralın 1-də keçiriləcək növbəti icma sammitində Macarıstanın Ukraynaya 50 milyard avro ayırmaq qərarına mane olacağı halda Avropa İttifaqı (Aİ) ehtiyat plan hazırlamayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Belçikanın maliyyə naziri Vinsent Van Peteqem məlumat verib.

"Hazırda B planı yoxdur, biz yeni ideyalar üzərində işləməliyik", - o, "Bloomberg TV"yə müsahibəsində bildirib. 

Belçikalı nazirin sözlərinə görə, Aİ üçün ən yaxşı həll yolu Macarıstan da daxil olmaqla 27 üzv dövlətin hər biri ilə razılığa gəlmək üçün çalışmaq olardı. Van Peteqem əmin olduğunu bildirib ki, Aİ liderləri fevralın 1-də keçiriləcək sammitdə Kiyevin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edə biləcəklər.

Teqlər:

"Bel\u00e7ika: Macar\u0131stan Ukraynaya yard\u0131m\u0131 bloklayarsa \"B plan\u0131\"m\u0131z yoxdur"

Əlaqəli Xəbərlər