Menyu

Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqlayıb

Macarıstan İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini açıqlayıb

Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığında hökumət olaraq İsveçin NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "X" sosial media hesabından bildirib.

"Mən telefon danışığında Stoltenberqə Macarıstan hökumətinin İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyini bir daha təsdiqlədim. Mən həmçinin vurğuladım ki, biz Macarıstan Milli Assambleyasını İsveçin üzvlüyünün lehinə səs verməyə və ilk mümkün fürsətdə ratifikasiyanı yekunlaşdırmağa çağırmağa davam edəcəyik", - Orban deyib.

Orban dünən sosial şəbəkədəki paylaşımında isveçli həmkarı Ulf Kristerssona İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışıqlar aparmaq üçün dəvət məktubu göndərdiyini açıqlayıb.

İsveç xarici işlər naziri Tobias Billström mətbuata verdiyi açıqlamada Macarıstan lideri Orbanın təklifi ilə bağlı bunları deyib: "Hazırda danışıqlar aparmaq üçün heç bir səbəb görmürəm. Təbii ki, ümid etdiyimiz Macarıstanın üzvlüyünə tezliklə razılıq verilməsidir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər