Menyu

Ərdoğan Kirmandakı terror aktını pisləyib

Ərdoğan Kirmandakı terror aktını pisləyib

"İranla ölkələrimizin və bölgəmizin təhlükəsizliyini hədəf alan PKK/PYD/YPG və PJAK-a qarşı əməkdaşlığımızın daha da gücləndirilməsinin əhəmiyyətinə toxunduq".

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti İbrahim Rəisi ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

"Yanvarın 3-də Kirmanda baş verən dəhşətli terror aktını qınayıram. Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirmək istərdim", - Ərdoğan qeyd edib.

"İsrailin Qəzzaya hücumları fonunda bölgəmizin təhlükəsizliyini və sabitliyini daha da təhdid edəcək addımlardan qaçmağın vacibliyi ilə bağlı razılığa gəldik. İsrailin Qəzzaya qarşı qeyri-insani hücumlarına son qoymağın və İsrailin Qəzzaya qarşı qeyri-insani hücumlarının təmin edilməsinin vacibliyi mövzusunda prezidentlə razılaşdıq", - Türkiyə lideri əlavə edib.

Teqlər:

"\u018frdo\u011fan Kirmandak\u0131 terror akt\u0131n\u0131 pisl\u0259yib"

Əlaqəli Xəbərlər