Menyu

Reuters: Yəmən sahillərində PUA Amerika gəmisinə yaxınlaşıb

Reuters: Yəmən sahillərində PUA Amerika gəmisinə yaxınlaşıb

Pilotsuz uçuş aparatı (PUA) Moja şəhərindən 50 dəniz mili cənubda ABŞ bayrağı altında üzən gəmiyə yaxınlaşıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ bayrağı altında üzən konteyner gəmisi PUA-nın yaxınlaşdığını bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatlarının Koordinasiyası Mərkəzi Yəmən sahillərində gəminin atəşə tutulduğunu bildirmişdi. Hadisə Yəmənin Moha limanından 50 dəniz mili aralıda baş verib. Məlumata görə, gəmi və onun heyəti təhlükəsizlikdədir, tələfat və dağıntılar barədə məlumat yoxdur. 

Teqlər:

"Reuters: Y\u0259m\u0259n sahill\u0259rind\u0259 PUA Amerika g\u0259misin\u0259 yax\u0131nla\u015f\u0131b"

Əlaqəli Xəbərlər