Lavrov: Rusiya ilə ABŞ arasında heç bir praktik əlaqə yoxdur
"ABŞ və Rusiya arasında münasibətlərin səviyyəsi aşağıdır, ölkələr arasında praktiki olaraq heç bir əlaqə yoxdur".
"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərindən sonra keçirilən mətbuat konfransında deyib.
"ABŞ ilə münasibətlərimizin səviyyəsi aşağıdır, ABŞ-dəki diplomatik nümayəndəliklərimizin və onların Rusiya Federasiyasındakı diplomatlarının fəaliyyətinin şərtlərini müzakirə etməkdən başqa, praktiki olaraq heç bir əlaqə yoxdur", - deyə o, müvafiq suala cavab olaraq bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, hətta iki ölkənin diplomatik nümayəndəliklərinin işini müzakirə edərkən də Vaşinqton birtərəfli fayda əldə etməyə çalışır.
Teqlər:
"Lavrov: Rusiya il\u0259 AB\u015e aras\u0131nda he\u00e7 bir praktik \u0259laq\u0259 yoxdur"