Marsda suyun təmizlənməsi üçün bioreaktor təklif edilib
Nərmin Qocamanlı
NASA alimləri Mars suyunu zəhərli birləşmələrdən (perkloratlardan) təmizləmək üçün bioreaktor layihəsini təklif ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə "phys.org" saytı məlumat yayıb.
Yaşayışa yararlı koloniyalar üçün mənbə hesab edilən Mars buz yataqlarının avadanlığın korroziyasına səbəb olan və hətta aşağı konsentrasiyalarda belə insan sağlamlığı üçün təhlükəli güclü oksidləşdirici maddələr olan zəhərli perkloratlarla çirkləndiyi məlumdur.
Yer kürəsində perkloratlar suyun dezinfeksiyası üçün istifadə edilən hiper duzlu torpaqlarda yaşayan bakteriyalar tərəfindən təbii olaraq azaldılır. Lakin bu mikroorqanizmlər kosmik uçuşlarda sınaqdan keçirilmədiyi üçün planetdən kənar istifadə üçün uyğun deyil.
Bu problemi aradan qaldırmaq üçün alimlər sintetik mikroorqanizmləri olan bioreaktordan istifadə etməyi təklif ediblər. Perkloratı azaldan bakteriyaların genləri kosmosa uçuş şəraitinə tab gətirə bilən Bacillus subtilis 168 ştammına daxil edilir. Mikroorqanizmlər təbii olaraq xloratı (ClO3-) və perxloratı (ClO4-) xlorid (Cl-) və oksigen qazına (O2) çevirəcək.
Teqlər:
"Marsda suyun t\u0259mizl\u0259nm\u0259si \u00fc\u00e7\u00fcn bioreaktor t\u0259klif edilib"