Menyu

Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsinin müddətini uzatmayacaq

Nərmin Qocamanlı
Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsinin müddətini uzatmayacaq

Ukrayna Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya tranzitinə icazə verən müqavilələrin 2024-cü ildən sonra uzadılmayacağını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qurumdan verilən açıqlamada təbii qazın tranziti ilə bağlı Ukrayna rəhbərliyinin mövqeyinin aydın olduğu bildirilib.

"Ttəbii qazın Avropaya boru kəmərləri ilə nəqlini nəzərdə tutan müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatacaq. Biz Rusiya ilə bu məsələ ilə bağlı yeni danışıqlar aparmaq fikrində deyilik.Saziş uzadılmayacaq”, - deyə bəyanatda deyilib.

Açıqlamada təbii qaz məsələsinin ancaq Avropa İttifaqı (Aİ) üzv dövlətlərinin gündəmə gətirəcəyi təqdirdə müzakirə oluna biləcəyi vurğulanıb.

Ukrayna administrasiyasının 2023-cü ilin sonu üçün açıqladığı məlumatlara görə, bu ölkədən boru kəmərləri ilə Avropaya nəql edilən Rusiya qazının həcmi ötən il 2022-ci illə müqayisədə 28,4 faiz azalaraq 14,6 milyard kubmetrə düşüb.

Ukraynanın milli təbii qaz şirkəti "Naftoqaz" ilə Rusiyanın "Qazprom" şirkəti arasında 2019-cu il dekabrın 30-da imzalanan hökumətlərarası saziş 2021-2024-cü illər ərzində Ukrayna üzərindən Avropaya ildə 40 milyard kubmetr təbii qazın tranzitini nəzərdə tutur.

Teqlər:

"Ukrayna Rusiya il\u0259 qaz tranziti m\u00fcqavil\u0259sinin m\u00fcdd\u0259tini uzatmayacaq"

Əlaqəli Xəbərlər