Menyu

Almaniya Soyuq Müharibədən sonra ilk müdafiə planını hazırlayacaq

Almaniya Soyuq Müharibədən sonra ilk müdafiə planını hazırlayacaq

Alman səlahiyyətliləri aprel ayına qədər təhlükəsizlik qüvvələrinin, təşkilatların və sənayenin inkişafını əks etdirən və soyuq müharibənin bitməsindən sonra ilk əməliyyat müdafiə planını təqdim edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə DPA agentliyi Bundesverin ərazi komandanlığının rəhbəri general-leytenant Andre Bodemanna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yüzlərlə səhifəni əhatə edən məxfi sənədin təfərrüatları yanvarın 26-da Berlində Almaniyanın müttəfiqi hesab edilən ölkələrin, hüquq-mühafizə orqanlarının, ictimai mühafizə orqanlarının iştirak etdiyi simpoziumda müzakirə olunacaq.

Bodeman qeyd edib ki, Almaniyanın hərbi toqquşma zamanı əsas vəzifəsi müttəfiq hərbi personalın və texnikanın öz ərazisi boyunca hərəkətini təmin etmək olacaq. Sənəddə digər məsələlərlə yanaşı, casusluq, kiberhücumlar, təxribat, xüsusən də kritik infrastruktura qarşı hücumlar, dezinformasiya və saxta xəbərlərin yayılması ilə mübarizə tədbirləri nəzərdə tutulur.

"Bu cür müdafiə planlaması ilk növbədə çəkindirməyə yönəlib. Biz bunları hər hansı münaqişənin və ya müharibənin baş verməsinin qarşısını almaq üçün edirik", - Bodeman deyib. 
 

Teqlər:

"Almaniya Soyuq M\u00fcharib\u0259d\u0259n sonra ilk m\u00fcdafi\u0259 plan\u0131n\u0131 haz\u0131rlayacaq"

Əlaqəli Xəbərlər