Menyu

ABŞ Qara dəniz regionunda təhlükəsizlik strategiyası hazırlamağa başlayıb

ABŞ Qara dəniz regionunda təhlükəsizlik strategiyası hazırlamağa başlayıb
1 dəq oxu

"ABŞ Qara dəniz regionunda təhlükəsizliyi təmin etmək üçün strategiya hazırlamağa başlayıb". 

"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

Vaşinqtonda Alman Marşal Fondunda çıxış edən amerikalı diplomat bildirib: "Gələcəkdə Qara dəniz strategiyamızı gücləndirmək üçün regiondakı tərəfdaşlar və müttəfiqlərlə işləməli olacağıq". 

Onun sözlərinə görə, amerikalı qanunvericilər ABŞ prezidenti Co Bayden administrasiyasından bu sahədə daha ​​diqqətli strategiya tələb edirlər.

"Biz artıq bu prosesə başlamışıq. Hələ bu həftə mən Türkiyə və digər sahilyanı dövlətlərlə gələcəkdə strategiyanın gücləndirilməsini müzakirə etmək üçün görüşlər keçirdim. Bunun üzərində işləyəcəyik", - O'Brayen bildirib.

Əlaqəli Xəbərlər