Qazaxıstanda Astana formatında yeni danışıqlar baş tutub
24-25 yanvar 2024-cü il tarixlərində Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının həlli üçün Türkiyə, Rusiya və İranın qarantiyası ilə qurulan Astana formatında 21-ci danışıqlar keçirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
24-25 yanvar 2024-cü il tarixlərində Astanada Suriya üzrə Astana formatında 21-ci Yüksək Səviyyəli Görüş keçirilib. İclasda ölkəmizi xarici işlər nazirinin müavini, səfir Əhməd Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
İclasda yerlərdə vəziyyət və terrorla mübarizə, regional inkişaflar, siyasi proses və humanitar yardımlar müzakirə olunub. İclasın sonunda adət üzrə Birgə Bəyannamə dərc edilib.
Görüşlə əlaqədar Qazaxıstan hakimiyyəti, Astana prosesinin müşahidəçi ölkələri və BMT təşkilatları ilə də ikitərəfli görüşlər keçirilib.
Teqlər:
"Qazax\u0131standa Astana format\u0131nda yeni dan\u0131\u015f\u0131qlar ba\u015f tutub"