Menyu

Pentaqon: Tərəflər İraqdakı ABŞ əsgərlərinin vəziyyəti ilə bağlı danışıqlara başlayacaq

Pentaqon: Tərəflər İraqdakı ABŞ əsgərlərinin vəziyyəti ilə bağlı danışıqlara başlayacaq

ABŞ Müdafiə Naziri Lloyd Ostin, ABŞ və İraq hökuməti arasında qurulan ABŞ-İraq Ali Hərbi Komissiyasının (HMC) işçi qrupunun iclaslarının yaxın günlərdə başlayacağını, İraqda ABŞ hərbi varlığının müzakirə ediləcəyini açıqlayıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ostin yazılı açıqlama verib.

HMC-nin İraq və Suriyada İŞİD-ə qalib gəlmək missiyasının uğurlarına əsaslanaraq ABŞ və İraq arasında daimi ikitərəfli təhlükəsizlik ortaqlığına keçidi təmin edəcəyini bildirən Ostin, İŞİD təhdidinin, əməliyyat və ətraf mühitin tələbləri və qabiliyyət səviyyələrinin diqqət mərkəzində olduğunu qeyd edib. Görüşlərdə İraq təhlükəsizlik güclərinin bacarıqları da müzakirə ediləcək.

O elan edib ki, hərbi və müdafiə sahəsində peşəkarlardan ibarət ekspert işçi qrupları İŞİD-in dirçəlişinin qarşısını almaq üçün anti-İŞİD koalisiyasının missiyasının ən təsirli şəkildə dəyişdirilməsi ilə bağlı HMC-yə məsləhət verəcək.

ABŞ və İraqın İraq hökumətinin dəvəti ilə 10 ildir ki, təhlükəsizlik məsələlərində dərin və məhsuldar bir ortaqlıq qurduğunu müdafiə edən Ostin deyib: "HMC prosesinin başlanğıcı, ABŞ-İraq ikitərəfli əlaqələrinin inkişafını əks etdirir. Strateji Çərçivə Sazişi və İraqda və bölgədə sabitliyi yaxşılaşdırmaq üçün təhlükəsizlik sahəsində əməkdaşlığımızı dərinləşdirir".

Qeyd edək ki, ABŞ-nin İraqdakı bazalarına edilən hücumlara cavab olaraq İranın dəstəklədiyi qruplara qarşı həyata keçirdiyi hava hücumlarından sonra İraqın baş naziri Məhəmməd əl-Sudani ABŞ-dən qoşunlarını ölkədən çıxarmağı tələb edib, lakin Pentaqon bildirib ki, bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Hazırda ABŞ-nin İraqda təxminən 2500 əsgəri var.

Teqlər:

"Pentaqon: T\u0259r\u0259fl\u0259r \u0130raqdak\u0131 AB\u015e \u0259sg\u0259rl\u0259rinin v\u0259ziyy\u0259ti il\u0259 ba\u011fl\u0131 dan\u0131\u015f\u0131qlara ba\u015flayacaq"

Əlaqəli Xəbərlər