Menyu

ABŞ Gürcüstanın sanksiyalardan yayınma cəhdlərini yüksək qiymətləndirib

ABŞ Gürcüstanın sanksiyalardan yayınma cəhdlərini yüksək qiymətləndirib

Birləşmiş Ştatlar Gürcüstan hakimiyyətinin sanksiyalardan yayınma cəhdlərinin qarşısını almaq üçün səylərini yüksək qiymətləndirir. 

"Operativ Media" xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen çıxış edib.

Vaşinqtonda çıxış edən amerikalı diplomat bildirib: "Gürcüstan hökuməti, xüsusən də son aylarda həqiqətən də islahat tədbirləri görmək üçün səylər göstərdi və biz onların gördüklərini yüksək qiymətləndiririk. Onların sanksiyalardan yan keçmək səylərini yüksək qiymətləndiririk", - diplomat qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Gürcüstanın baş naziri İrakli Qaribaşvili illik hesabat ilə çıxış edərkən deyib ki, Gürcüstan hakimiyyəti Aİ-nin sanksiyaları altında olan Avropa mallarının Gürcüstandan Rusiyaya qaçaqmalçılıq yolu ilə keçirilməsinə təqribən min dəfə cəhd edildiyini müəyyən edib. Ötən il avqustun 1-də Gürcüstan hakimiyyəti ABŞ-də istehsal olunan avtomobillərin Rusiya Federasiyasına ixracına və təkrar ixracına məhdudiyyətlər qoyub, sentyabrın 26-da isə Gürcüstana Avropadan gətirilən avtomobillər üçün də analoji məhdudiyyətlər qüvvəyə minib.


 

Teqlər:

"AB\u015e G\u00fcrc\u00fcstan\u0131n sanksiyalardan yay\u0131nma c\u0259hdl\u0259rini y\u00fcks\u0259k qiym\u0259tl\u0259ndirib"

Əlaqəli Xəbərlər