Peskov: "İl-76"nın vurulan məhbuslarının cəsədlərinin taleyi ilə bağlı hələlik məlumat yoxdur"
Nərmin Qocamanlı
"İl-76 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalı hərbi əsirlərin cəsədlərinin taleyi ilə bağlı hələ ki, məlumatı yoxdur".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Peskov Rusiyanın ölmüş ukraynalı hərbi əsirlərin qalıqları ilə necə davranmaq niyyətində olduğu sualını cavablandırarkən, "Mən bunu indi deyə bilmərəm, sadəcə, belə bir məlumatım yoxdur. Bu mövzu ilə bağlı əlavə edəcəyim heç bir şey yoxdur" , - deyə bildirib.