Menyu

Putin: Ukraynadakı əməliyyat Rusiyanın maraqlarını qorumaq üçündür 

Putin: Ukraynadakı əməliyyat Rusiyanın maraqlarını qorumaq üçündür 
1 dəq oxu

"Rusiya öz maraqlarını qorumaq üçün Ukraynada xüsusi hərbi əməliyyata (SVO) başlayıb, Moskvanın başqa məqsədi yox idi". 

"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin SVO-da iştirak edən şəxslərlə görüşündə deyib. 

"Rusiyanın maraqlarını qorumaqdan başqa heç bir məqsəd yox idi. Bu cür məsələlərin həlli zamanı başqa motivlər ola bilməz, - Putin vurğulayıb.

"Bu, müharibənin başlanğıcı deyil. Kiyev hakimiyyəti özü Donbassda müharibəyə başlayıb. Bu, bu müharibəni silahlı yolla bitirmək cəhdidir. Biz qarşıya qoyduğumuz vəzifələrin və məqsədlərin həyata keçirilməsinə nail olacağıq", - deyə prezident əlavə edib.
 

Əlaqəli Xəbərlər