Menyu

Lavrov və BƏƏ-li həmkarı regional məsələləri müzakirə ediblər

Lavrov və BƏƏ-li həmkarı regional məsələləri müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub. Tərəflər Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafı və Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumay yayıb. 

"Beynəlxalq və regional gündəliyin əsas məsələləri üzrə fikir mübadiləsi aparılıb, Fələstin-İsrail münaqişəsində vəziyyətin inkişafı və Qırmızı dəniz zonasında vəziyyət vurğulanıb", - məlumatda deyilir.

Nazirlik qeyd edib ki, xarici işlər idarələrinin rəhbərləri çoxşaxəli Rusiya-Əmirlik əməkdaşlığının daha da gücləndirilməsinin aktual məsələlərini müzakirə ediblər, həmçinin Moskva və Əbu-Dabinin ikitərəfli münasibətlərin bütün spektrini, o cümlədən humanitar sahəni qurmaqda qarşılıqlı niyyətlərini təsdiqləyiblər. 

Teqlər:

"Lavrov v\u0259 B\u018f\u018f-li h\u0259mkar\u0131 regional m\u0259s\u0259l\u0259l\u0259ri m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər