Menyu

Ədən limanı yaxınlığında gəmiyə hücum edilib

Ədən limanı yaxınlığında gəmiyə hücum edilib

Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə ticarət gəmisi raketlə vurulub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkəti məlumat yayıb.

Şirkətin açıqlamasında qeyd edilib ki, gəminin göyərtəsində yanğın baş verib, lakin zərbə nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) da Yəmən sahillərində gəmiyə hücum barədə məlumat verib, lakin baş verənlərlə bağlı təfərrüatları açıqlamayıb: "UKMTO-ya Ədəndən 60 dəniz mili cənub-şərqində insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər