Mişel Avropa Parlamentinə seçkilərdə iştirak etməyəcək
Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə (AP) seçkilərdə iştirak etməmək qərarına gəlib ki, bu da onun hazırkı vəzifəsindən vaxtından əvvəl istefasına səbəb ola bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə siyasətçi "Belqa"ya müsahibəsində bildirib.
"Səlahiyyət müddətinin sonuna qədər əvvəlki vəzifələrimi tam qətiyyətlə yerinə yetirəcəyəm", - Mişel qeyd edib.
"Bu o deməkdir ki, o, 2024-cü il iyunun 6-9-da keçiriləcək AP seçkilərində iştirak etməyəcək", - məlumatda əlavə olunub.
Teqlər:
"Mi\u015fel Avropa Parlamentin\u0259 se\u00e7kil\u0259rd\u0259 i\u015ftirak etm\u0259y\u0259c\u0259k"